“Xalq Bank”ın İdarə Heyətinin iki üzvü vəzifəsindən kənarlaşıb.
Bu barədə Valyuta.az-a bank sektordakı mənbədən bildirilib.
Qeyd edilib ki, Kərim Quliyev və Röyam Hüseynzadə İH-nin üzvlüyündən ayrılıb. Bununla da, “Xalq Bank”ın İdarə Heyətinin üzvlərinin sayı 4-dən 2-yə enib. Bankın İdarə Heyəti hazırda 7 nəfərlə təmsil olunur.