XALQ.AZ saytının 4 yaşı tamam oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ölkənin önəmli xəbər portallarından biri olan XALQ.AZ saytının 4 yaşı tamam oldu. 

Ölkənin önəmli xəbər portallarından biri olan XALQ.AZ saytının 4 yaşı tamam oldu.

 

XALQ.AZ xəbər  portalı  yarandığından müstəqil informasiya siyasəti həyata kecirən media qurumudur.

Bu barədə TİA.AZ-a saytın baş redaktoru, Zaur Mirzə-zadə məlumat verib:

İnternet mediasının sürətlə inkişaf etdiyi bir zamanda XALQ.AZ xəbər portalı ötən 4 ildə Azərbaycan internet məkanında özünə yer etməklə yanaşı, hazırda populyar xəbər resurslarından biri ünvanını qoruyub saxlayır. Ölkəmizdə  hər bir sahədə olduğu kimi  bü gün müstəqil mətbuatımızda  öz inkişaf mərhələsini yaşayır. Dövlətimizin inkişaf strategiyasının əsası Ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş, və bu gündə möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə azad söz azadlığı mövcuddur.  Ölkə başçımız İlham Əliyev azad sözə, müstəqil mətbuatın inkişafına hər zaman öz dəstəyini göstərir. “XALQ.AZ” saytında Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, habelə dünyada baş verən maraqlı xəbərlər oxuculara çatdırılır. Bundan basqa, internet saytda müxtəlif sahələrdən bəhs edən müsahibələr, təhlillər, reportajlar, müəllif yazıları işıqlandırılır. “XALQ.AZ”saytı qısa bir müddətdə geniş oxucu kütləsinin rəğbətini qazanıb və ölkənin aparıcı media orqanlarından birinə çevrilib. Artıq dörd ildir ki, ölkənin bir sıra tanınmış imzaları – siyasi xadimlər, müstəqil siyasi şərhçilər, jurnalistlər XALQ.AZ-la əməkdaşlıq edir.