XALQ.AZ 12 ildir xalqımıza xidmət edirbackend

XALQ.AZ 12 ildir xalqımıza xidmət edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ölkənin önəmli xəbər portallarından biri olan XALQ.AZ xəbər portalının 12 yaşı tamam olur.

XALQ.AZ xəbər portalı yarandığından müstəqil informasiya siyasəti həyata kecirən media qurumudur.

Bu barədə portalın baş redaktoru, Zaur Mirzə-zadə məlumat verib: “İnternet mediasının sürətlə inkişaf etdiyi bir zamanda XALQ.AZ xəbər portalı ötən 12 ildə Azərbaycan internet məkanında özünə yer etməklə yanaşı, hazırda populyar xəbər resurslarından biri olaraq ünvanını qoruyub saxlayır. Ölkəmizdə hər bir sahədə olduğu kimi bü gün müstəqil mətbuatımızda öz inkişaf mərhələsini yaşayır. Dövlətimizin inkişaf strategiyasının əsası Ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş, və bu gündə möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə söz azadlığı mövcuddur. Ölkə başçımız azad sözə, müstəqil mətbuatın inkişafına hər zaman öz dəstəyini göstərir. “XALQ.AZ” saytında Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, habelə dünyada baş verən maraqlı xəbərlər oxuculara çatdırılır. Bundan basqa, xəbər portalında müxtəlif sahələrdən bəhs edən müsahibələr, təhlillər, reportajlar, müəllif yazıları işıqlandırılır. “XALQ.AZ” saytı geniş oxucu kütləsinin rəğbətini qazanıb və ölkənin müasir media orqanlarından birinə çevrilib. Artıq on iki ildir ki, XALQ.AZ  fəaliyyət göstərir. Gələcəkdə yeni və aktual layihələri həyata keçirərək, dövlətimizin və xalqımızın  milli maraqlarını informasiya məkanında  qorumaq əsas məqsədimizdir deyə baş redaktor qeyd edib.