Xalq artistinin oğlunun saxlanılması ilə bağlı RƏSMİ MƏLUMAT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili İşlər Nazirliyi (DİN) Xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirovun saxlanılması ilə bağlı yayılan xəbərləri təsdiqləyib.

 

Daxili İşlər Nazirliyi (DİN) Xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirovun saxlanılması ilə bağlı yayılan xəbərləri təsdiqləyib.

Nazirliyin Mətbuat xidmətinin şöbə rəisi İlham Babayev Publika.az-a bildirilib ki, Orxan Əhməd oğlu Nadirov Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə başlanmış cinayət işi üzrə axtarışda olub. O, polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində ötən gün saxlanılıb və barəsində hələlik həbs qətimkan tədbiri seçilməyib: “onun neçə nəfərə qarşı dələduzluq etdiyi barədə məlumatım yoxdur. Hər şey istintaqın gedişindən asılıdır.”