Xalq artistini 2 ilə aramızdan aparan mədə xərçəngi – Səbəbləri, əlamətləribackend

Xalq artistini 2 ilə aramızdan aparan mədə xərçəngi – Səbəbləri, əlamətləri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Dünən xalq artisti Ramiz Novruz xərçəngin növbəti qurbanı olaraq vəfat edən tanınmışlar siyahısına daxil oldu.
 
Ümumiyyətlə, diqqət yetirsək, son 3 ildə məşhurların böyük qismini xərçəng, qaraciyər problemlərindən itiririk.
Azərbaycanda hər il sayı artan mədə xərçənginin yaranma səbəblərini və riskli yaş həddini təqdim edirik.

Kimlərdə bu xəstəlik yarana bilər və müalicəsi nə qədər uğurludur?
Bu günə qədər dünyada 20 milyondan çox insanda bu şiş növü aşkarlanıb.
Ölüm riski yüksəkdir, 5 illik yaşama şansı azdır. Çünki mədə əsas qida qəbulu orqanı olduğu üçün xəstə tez üzülür.
Mədə xərçənginin infeksiya mənşəli olması 1926-cı ildə Nobel mükafatçısı Fibiger tərəfindən sübut olunub. Daha sonra 1983-cü ildə Helikobakteri Pylori bakteriyası kəşf edildi. Bununla da xoraların antibiotik müalicəsi effekt verdi. Hazırda da Helikobakteri müalicə olunmasa, xoralar gələcəkdə xərçəngə çevrilə bilir. Digər infekisya agenti Epşteyn Barr virusudur. Yer üzünün 80% i bu virusu daşıyıcısıdır. Ona görə 80% də mədə xərçənginə yaxın qrupdadır.
Mədə xərçənginin genetik faktoru da var. A(II) qrup qan daşıyıcılarında xəstəlik riski 20% çoxdur. Nəsildə mədə xərçəngi olarsa, xəstəlik E kadxerin geni mutasiyası vasitəsilə ötürülür.
Əlamətləri necə başlayır?
1. Əgər xəstədə gənc yaşlarından mədəsində yara, xora, qastrit, polip varsa, o xəstə düzgün müalicə almalı, 1 ildən bir yoxlanmalı, düzgün qidalanmalı, mədə divarını qorumalıdır.
2. 1-2-3 sm-ə qədər şişlər heç bir kəskin əlamət vermir. Sadəcə həzm pozuntusu, mədədə ağırılıq, iştahsızlıq ola bilər
3. Qan azlığı, anemiya baş verir
4. Çəkinin səbəbsiz itməsi
5. Əvvəllər sevdiyiniz, dadından doymadığınız yeməklərə ikrah hissi
6. Şiş böyudükcə mədə divarı elastikliyini itirir, bərkiyir və qida qəbul edəndə dolanda dartılmır, uzanmır. Buna görə əgər yeməkdən əvvəl və sonra, axşam və səhər acqarına mədənizin yığılmadığını, sanki elə bərkimiş kimi qaldığını, əlinizin altında bərk, dolu hiss etməyiniz artıq şişin içəridən böyüdüyünü göstərə bilər.
7. Mədə yuxarısında şiş udmada, udqunmada çətinlik, sanki qida güclə keçir.
8. Epiqastral nahiyədə ağrı kürəyə vurur
9. Fontan şəklində qəfil qusma
10. Qanama, səhərlər qida borusundan qanlı axıntı, qanla qarşısıq mədə şirəsi gəlməsi və s
Nə etməli:
35 -40 yaşdan sonra 3 ildən bir mədənin endoskopik zondla yoxlanmasından keçmək, helibakteri testi edilməli.
Müasir endoskoplar 115 dəfə böyüdücü optikaya malik olduğundan, hətta 3 mm olan şişləri də görmək mümkündür.
Tədqiqatın nəticələri göstərib ki, xəstə nə qədər gənc yaşda mədə xərçənginə tutulursa, onun simptomları bir o qədər gec özünü göstərir, tez yayılır, sürətlə kəskinləşir və standart müalicələrə az tabe olur.
Mayo Universitet alimləri 1973-2015-ci illər dövrü üçün 75 225 nəfər mədə xərçəngi xəstəsinin məlumat bazasını təhlil edib. Hazırda mədə xərçəngi üçün yaşlı adamlarda orta yaş 66-68 yaşdır. Amma bu yaşda diaqnoz olunanlar azalır, amma 35-55 yaş arasında xəstələnənlər isə artır.
Hər 3 nəfər mədə xərçəngi aşkarlanan xəstənin 1-i gənc yaşda xəstədir.
Ona görə alimlər mədənin endoskopik müayinəsinin vacibliyini 40-50 yaşda yox, daha irəli çəkməyi vacib hesab edir.
Yəni əgər sizin 25-30 yaşda mədənizdə problemlər, yara, xora varsa, siz 1 ildən bir zondla müayinədən keçib o hissəni nəzarətdə saxlamalı, selikli divarı zədələyən, aşılayan qidalardan, içkilərdən uzaq durmalısız.
Mədə xərçəngi diaqnozu qoyulan kimi mədə əməliyyat olunur, hətta bəzən orqan tam götürülür, ətraf limfalar, qida borusu dəyərləndirilir. Çox zaman metastaz qida borusu, ağciyərlərə və bağırsaqlara keçə bilir. Ona görə tam KT, MRT mütləqdir.
Xəstənin yaşından, orqanizmindən çox şey asılıdır. 65 yaşdan yuxarı insanların müalicəsinin 5 illik yaşama şansı verməsi çətindir.
Bakupost.az