Xalq artistindən Məmmədyarova etiraz: “Kişilər kosmosa uçublarsa, qadın da uçub…”backend

Xalq artistindən Məmmədyarova etiraz: “Kişilər kosmosa uçublarsa, qadın da uçub…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Şəhriyar Məmmədovun fikri ilə heç vaxt razılaşa bilmərəm. Çünki kişilər ancaq fiziki cəhətdən qadınlardan üstündürlər. Amma mental, zehni cəhətdən qadınlar heç də kişilərdən geri qalmırlar. Sadəcə, dünya yaranandan kişilər dünyanın qanunlarını da özləri üçün yazıblar və dünyanı kişilər idarə edirlər. Alimlərdən biri yazmışdı ki, kişilərin beyinin bir yarımkürəsi işləyirsə, qadınlarda iki yarımkürə birdən işləyir. Qadınların müəyyən işlərdə geri qalmalarının səbəbi budur ki, kişilər həmişə istəyiblər, qadınlar üçün müti olsunlar. Avropada da belə olub, sonradan inqilablar nəticəsində qadınlar öz hüquqlarını müdafiə ediblər…”

Bu sözləri Pravda.az-a açıqlamasında Xalq artisti Naibə Allahverdiyeva deyib.

“Hətta elə dövr var idi ki, Avropanın özündə qadınlar kişilərlə eyni saatda işləyirdilər, lakin qadınlara az pul ödəyirdilər. Sonradan isə bu qayda ortadan götürüldü, qadınlara seçim hüququ verildi. Yəni bu fikir artıq geridə qalıb. Elə qadınlar var ki, kişilərdən də ağıllıdırlar, dünya görüşləri daha zəngindir. Əgər kişilər kosmosa uçublarsa, qadın da uçub. Məsələn, Rusiyada. Elmi cəhətdən kişilərin üstün olduğunu deyirsinizsə, nədə üstündürlər? Elə bizdə də, Avropada da qadınlar həmişə təhsildə də, tibdə də, mədəniyyətdə də irəlidə olublar. Fikrimi təkrar edirəm, kişilər qadınlardan yalnız fiziki cəhətdən üstündürlər!”, – o bildirib.

 

Xatırlatma: Azərbaycan qrosmeysteri Şəhriyar Məmmədyarovun “Persona” verilişində səsləndirdiyi “Qadınlar kişilərdən hansı sənətdə üstündür ki?! Çox fikirləşməyiniz belə artıq qəribədir. Fikirləşdiniz, rahatlıqla deyə bilmədiniz, çünki yoxdur” fikirləri müzakirəyə səbəb olub.