Xanımların 65 yaşında təqaüdə göndərilməsi çox tezdir. Xanımların 65 yaşında təqaüdə göndərilməsi çox tezdir.
TİA.AZ xəbər verir ki, bunu aznews.az-a açıqlamasında xalq artisti, rəqqasə Təranə Muradova deyib.
Onun sözlərinə görə, hər bir özünəbaxan Azərbaycan qadını gec qocalır:
“Sənətə bağlı rejissor, aktyor, bəstəkar, rəqqasə, həkim, müəllim kim olursa-olsun, onlar üçün 65 yaşında təqaüdə çıxmaq tezdir. Onlar 70-75 yaşına kimi işləyə bilərlər. Məsələn, Cənnət Səlimovanın 77 yaşı var. Gözəl rejissordur, bu günə kimi fəaliyyətdədir, bir-birindən fərqli tamaşaları, quruluşları var. Bütün cavanlardan çox işlər görür. O, bu gün Azərbaycana lazım olan rejissordur. Bundan əlavə Afaq Məlikova, Roza Cəlilova və başqaları sənətə, səhnəyə bağlı insanlardır. Onlar 75 yaşına kimi işləyə bilərlər”.
Təranə Muradova Milli Məclisin deputatı Hadi Rəcəbli ilə tamamiylə razılaşdığını vurğulayıb:
“Qafqaz qadınlarının ömrü çox uzundur”.
Milli Məclisin deputatı Hadi Rəcəbli vətəndaşların pensiya üçün yaş müddətinin 65-ə qaldırılması təklifi ilə çıxış edib. O, bunu insanların ömrünün uzanması ilə əlaqələndirib.