Xalq artisti Naibə Allahverdiyevanın yubileyi qeyd olundubackend

Xalq artisti Naibə Allahverdiyevanın yubileyi qeyd olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Martın 10-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında aktrisa, Xalq artisti Naibə Allahverdiyevanın 60 illik yubileyi munasibəti ilə “Gerçəkləşməyən arzular” adlı benefis nümayiş olunub.

Əsərin ideyası bir aktrisanın arzusunda olduğu, lakin ifa edə bilmədiyi rolları bir araya gətirib onlardan parçalar ifa etməkdir.

Benefisdə Uilyam Şeksprin “Romeo və Culyetta”, “Hamlet”, “Antoni və Kleopatra”, Cəfər Cabbarlının “Sevil”, Nəcəf bəy Vəzirovun “Yağışdan çıxdıq, yağmura düşdük” pyeslərindən istifadə edilib. Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov, səhnə tərtibatçısı Zəminə Elbir, musiqi tərtibatçısı Aygül Quliyeva, rejissor assisentləri Fuad Cavadzadə, Günay Qasımovadır.
Səhnə əsərində Xalq artisti Naibə Allahverdiyeva, Əməkdar artistlər Rasim Cəfər, Elnur Bəhramxan, aktyorlar Anar Seyfullayev, Ramil Məmmədov, Elşən Şıxəliyev, Elgün Yəhyayev, Könül Əbilova, Mirsənan Kazımlı, İlhan Sadıqov, Araz Pirimov iştirak ediblər.

Qeyd edək ki, “Mirvari” rəqs ansanblının iştirak edəcəyi benefisdə rəqslərin quruluşu Əməkdar artist Nailə Məmmədzadəyə məxsusdur.