Xalq artisti Hüseynağa Sadıqovun 110 illik yubileyi qeyd olundu-FOTO

Xalq artisti Hüseynağa Sadıqovun 110 illik yubileyi qeyd olundu-FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Martın 17-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Xalq artisti Hüseynağa Sadıqovun 110 illiyi münasibətilə “Müsyö Jordan və Dərviş Məstəli şah” tamaşası nümayiş olunub.

Dahi mütəfəkkir Mirzə Fətəli Axundzadənin eyniadlı əsəri əsasında hazırlanan tamaşadan əvvəl aktyorun teatr və kino fəaliyyətindən bəhs edən videoçarx təqdim edilib.

Aktyorun sənət dostları Xalq artistləri Tariyel Qasımov, Yasin Qarayev, İlham Namiq Kamal, teatrşünas, professor İlham Rəhimli çıxış edərək milli teatr sənətində Hüseynağa Sadıqovun yaratdığı misilsiz rollardan, mənalı həyat yolu və maraqlı yaradıcılıq tarixçəsindən danışaraq, xatirələrini bölüşüblər.

Sonra Xalq artisti Cənnət Səlimovanın quruluş verdiyi tamaşa nümayiş olunub. Səhnə əsərində Əməkdar artistlər Şövqi Hüseynov, Nofəl Vəliyev, Gülər Nəbiyeva, Elnur Bəhrəmxan, aktyorlar Kərəm Hadızadə, Təhminə Məmmədova, Ceyhun Məmmədov, Ədalət Əbdülsəməd, Natiq Fərzəliyev, Anar Səfiyev, Dilarə Fərəcullayeva, Hüsniyyə Əhmədova, Gülbəniz Lətifova, İlahə Əmirxanova, Fəridə Qurbanova, İmran Qurbanov, Ümman Budaqov, İmdad Tofiqoğlu, Ramil Məmmədli, və Davud Musayev iştirak ediblər.