Xalq artisti Fatma Mahmudova beyin infarktı keçirib.
Tribunainfo.az xəbər verir ki, bu haqda aktrisa “Qonaqcanlı” verilişində deyib.
Aparıcı Aytəkin Mərdanova “Aylarla bunu gizlədib. Qızı Nigar deyir ki, anam telelfonla danışırdı, elə bildik gülür. Amma gördük rəngi dəyişdi, halı pisləşdi” sözlərini söyləyib.
Qızı İntizar isə “Çox qorxduq, sarsıntı keçirtdik. Allah heç bir övlada bunu yaşatmasın. Sağalması 6-7 ay çəkdi” sözlərini əlavə edib.
F.Mahmudova isə “Həmin vəziyyətdə səhnəyə də, efirə də çıxdım. Heç kimə bildirmədim” deyə, xəstəliyindən danışarkən deyib.