“Xaliq Faiqoğlu” yenə məhkəmə qarşısında

“Xaliq Faiqoğlu” yenə məhkəmə qarşısında

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Xaliq Faiqoğlu” MMC-yə yazılan inzibati protokola baxılacaq tarix açıqlanıb.

Pravda.az-ın xəbərinə görə, sənədə Binəqədi Rayon Məhkəməsinin hakimi Samir Nəsibovun sədrliyi ilə 2025-ci ilin yanvarın 6-da baxılacaq.

Xatırlatma: Protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 428.5-ci (Müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan və ya nəqliyyat vasitələrində reklamın yerləşdirilməsi qaydaları pozulmaqla nəqliyyat vasitələrində reklamın yayılmasına görə fiziki şəxslər otuz manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.