“Xaliq Faiqoğlu” MMC və “Grand Bus” MMC ilə bağlı məhkəməyə müraciət olunub.
Tribunainfo.az xəbər verir ki, hər iki MMC ilə bağlı məhkəmədə iddianı “Bakı Sığorta” ASC qaldırıb. İşin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələrdir. Sığorta müqaviləsi səbəbindən tərəflər məhkəməlik olub.
İşə 21 may tarixində Bakı Kommersiya Məhkəməsində hakim Nərmin Əhmədovanın sədrliyi ilə baxılacaq.
Yazıda adı keçən qurumların mövqeyini işıqlandırmağa hazırıq.
Roman