“Xaliq Faiqoğlu” şirkəti növbəti dəfə cərimələnəcəkbackend

“Xaliq Faiqoğlu” şirkəti növbəti dəfə cərimələnəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sərnişindaşıma ilə məşğul olan “Xaliq Faiqoğlu” MMC ilə bağlı növbəti dəfə cərimə protokolu tərtib edilib.

Tribunainfo.az-ın xəbərinə görə, şirkətin İnzibati Xətalar Məcəlləsinin iqtisadi fəaliyyət qaydalarını pozduğu məlum olub. 428.5-ci maddəni pozan şirkəti cərimə gözləyir. Belə ki, maddəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan və ya nəqliyyat vasitələrində reklamın yerləşdirilməsi qaydaları pozulmaqla nəqliyyat vasitələrində reklamın yayılmasına görə fiziki şəxslər otuz manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.
“Xaliq Faiqoğlu” MMC İXM-nin bu və digər maddələrini dəfələrlə pozduğuna görə cərimələnib.
Sonuncu işlə bağlı proses Yasamal rayon Məhkəməsində baş tutacaq. 30 sentyabr tarixində hakim Rauf Daşdəmirovun sədrliyi ilə işə baxılacaq.

Nigar