“Xaliq Faiqoğlu” şirkəti məhkəmə qarşısındabackend

“Xaliq Faiqoğlu” şirkəti məhkəmə qarşısında

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xaliq Faiqoğlu” MMC cərimələnə bilər.

Valyuta.az xəbər verir şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 469.3-cü (“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmaması) maddəsi ilə inzibati iş başlanıb.

İşə Binəqədi Rayon Məhkəməsində baxılacaq.

Elçin Ağayev iş üzrə hakim təyin edilib.

 

469.3-cü maddəyə görə fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.
“Xaliq Faiqoğlu” Bakıda sərnişindaşıma sahəsində fəaliyyət göstərən tanınmış şirkətdir.