“Xaliq Faiqoğlu” MMC də cərimələnir – SƏBƏBbackend

“Xaliq Faiqoğlu” MMC də cərimələnir – SƏBƏB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sərnişindaşıma ilə məşğul olan “Xaliq Faiqoğlu” MMC ilə bağlı növbəti dəfə cərimə protokolu tərtib edilib.

Tribunainfo.az xəbər verir ki, şirkətin İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsini polduğu məlum olub. Tələbi pozulan maddəyə əsasən, nəqliyyat vasitələrinin sahibləri və ya sürücüləri tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və müddətdə nəqliyyat vasitəsini dövlət qeydiyyatından keçirmədən idarə etməyə və ya dövlət qeydiyyatından keçirilmiş nəqliyyat vasitəsi icarə və ya digər əşya hüquqlarına dair müqavilə (notarius tərəfindən təsdiq edilən müqavilələr istisna olmaqla) əsasında başqa şəxsə verildikdə onu təkrar dövlət qeydiyyatından keçirməməyə, yaxud nəqliyyat vasitəsinin geri qaytarılması barədə öhdəçiliyə əməl etməməyə və ya nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinin rəsmiləşdirilməsi və ya girov qoyulması qaydalarını pozmağa görə fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.

“Xaliq Faiqoğlu” ilə bağlı işə 3 dekabr tarixində Binəqədi rayon Məhkəməsində baxılacaq. İş hakim Elçin Ağayevin icraatındadır.

Qeyd edək ki, “Xaliq Faiqoğlu” MMC-nin baş direktoru Faiq Seyidovdur.

Qarşı tərəfi dinləməyə hazırıq.

Nigar