Bakı Kommersiya Məhkəməsində “TS Motors” MMC-nin “Xaliq Faiqoğlu” MMC-yə qarşı məhkəmə iclası başlayıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ülkər Həsənovanın sədrliyi ilə keçirilən prosesdə tərəflərin sənədləri dəqiqləşdirilib.
Məhkəmənin növbəti iclası sentyabrın 15-nə təyin edilib.
Qeyd: “TS Motors” MMC “Xaliq Faiqoğlu” MMC-ni məhkəməyə verərək alqı-satqı müqaviləsi üzrə mübahisələr barədə tələb irəli sürüb.