“Pezeşkianın verdiyi bəyanatlarda yeni bir şey görmədim. Bu, İranın Azərbaycan və Ermənistanla münasibətlərində ənənəvi xəttidir”.
Tribunainfo.az xəbər verir ki, bunu “Alpha News”un baş redaktoru Hayk Xalatyan İran prezidenti Məsud Pezeşkianın Azərbaycana səfərini şərh edərkən deyib.
O dolayısı ilə qeyd edib ki, İranın son zamanlar Ermənistana yönəlik siyasətindən ciddi nəsə gözləməyə dəyməz. “İran Qarabağ məsələsində Azərbaycanı dəstəkləyib. Lakin Zəngəzur mövzusunda sərt tutuma malikdir. Amma Azərbaycan sabah dəhlizi açmaq istəsə, İran buna mane ola biləcəkmi? Əsas sual budur. Onların bunun qarşısını almağa gücünün çatıb, çatmayacağı sual altındadır”.
Fərda Uğur