Xalasına gələn zənglərə görə qadının ərini bıçaqladı – QƏRAR

Xalasına gələn zənglərə görə qadının ərini bıçaqladı – QƏRAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Apellyasiya Məhkəməsində xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Renat Balayevin (soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası yekunlaşıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

İttihama görə, hadisə 10 noyabr 2024-cü ildə axşam saatlarında paytaxt ərazisində yerləşən evlərin birində qeydə alınıb.

 

Belə ki, 2003-cü il təvəllüdlü Renat Balayev kirayə yaşadığı ünvanda olarkən xalasının mobil telefon nömrəsinə qadının həyat yoldaşı, zərərçəkmiş Q.Tağıyevin borclu olduğu şəxslər tərəfindən zənglər etməsini görüb. Buna görə o, zərərçəkmişlə mübahisə edib. Sonra Renat evin yataq otağında mətbəxdən götürdüyü bıçaqla xalasının ərinin qarın nahiyəsinə 1 dəfə zərbə vuraraq, ona xəsarət yetirib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Renat Balayev 6 il müddətə azadlıqdan məhrum edilib.