Xaçmaz şəhərinin Dağıstan küçəsinin yolu bərbad vəziyyətdədir.
Xezerxeber.az-ın məlumatına görə, sakinlər deyirlər ki, Dağıstan küçəsi illərdir asfaltlanmır.
Bu küçədə yaşayanların sözlərinə görə, Xaçmazın digər küçələrində abadlıq və təmir işləri görülüb, ancaq onların küçəsi diqqətdən kənarda qalıb.
Xaçmaz şəhər inzibati ərazi dairəsi üzrə nümayəndə Emin Ağayev “Xəzər Xəbər”ə bildirib ki, layihə üzrə Xaçmaz şəhərində 2024-cü il üçün 25 küçənin təmiri planlaşdırılıb və müəyyən işlər həyata keçirilib. Dağıstan küçəsinin asfaltlanması isə 2025-ci ilin layihəsinə salınıb.
“Artıq smeta sənədləri də hazırlanıb. İşlər mərhələli şəkildə həyata keçiriləcək”,-deyə Emin Ağayev qeyd edib.
Tribunainfo.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.