İrəvan Meşəli qatillərindən olan Vaqif Xaçaturyanın Azərbaycan tərəfindən saxlanılmasına görə təşkil edilan etiraz aksiyasında tələbələri önə verir.
Globalinfo.az xəbər verir ki, aksiyada iştirak edən tələbələr Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Ermənistan ofisinin girişini bağlayıblar.
Onlar plakatlar qaldıraraq BQXK-nın rəhbəri ilə görüşməyi, Cenevrədə mətbuat konfransının keçirilməsini tələb edirlər.
Qeyd edək ki, iyulun 29-da , Meşəli soyqırımı hadisələri ilə bağlı beynəlxalq axtarışda olan Ermənistan vətəndaşı Xaçaturyan Vaqif Çerkezoviç Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb.