Xaçaturyan Bakıdan ailəsinə göndərdiyi məktubda nə yazıb?

Xaçaturyan Bakıdan ailəsinə göndərdiyi məktubda nə yazıb?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri Azərbaycanda həbsdə olan 68 yaşlı Vaqif Xaçaturyana baş çəkiblər.
Bakupost.az Ermənistan KİV-ə istinadla xəbər verir ki, bu barədə onun qızı Vera Xaçaturyan bildirib.
Qırmızı Xaç Cəmiyyətinin nümayəndələri saxlanılan Vaqif Xaçaturyanın “Özümü yaxşı hiss edirəm, hər zaman sizin haqqınızda düşünürəm, hər şey yaxşı olsa, qayıdacağam” sözləri yazılan məktubunu da onun ailəsinə veriblər.
Qeyd edək ki, 1991-ci ilin 22 dekabr tarixində Xocalının Meşəli kəndində azərbaycanlılara qarşı soyqırımı törədən Vaqif Xaçatryan iyulun 29-da Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə müalicə almaq adı altında Ermənistana getmək istəyərkən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb.