Milyarder İlon Maska məxsus “X” sosial şəbəkəsi “YouTube” ilə rəqabət aparmaq üçün Amazon və Samsung Smart TV-lər üçün proqram təqdim edəcək.
Tribunainfo.az xəbər verir ki, bu barədə “Fortune” jurnalı mənbəyə istinadən məlumat yayıb.
Mənbə bildirib ki, Mask “YouTube” ilə rəqabət aparmaqda qərarlıdır.
Beləliklə, amerikalı milyarder “X” istifadəçilərini “böyük ekranda uzun videolara” baxmağa inandırmaq və reklam verənləri sosial şəbəkəyə cəlb etmək istəyir.