WSJ Putinin Evan Qerşkoviçi tezliklə azad edəcəyini yazdı

WSJ Putinin Evan Qerşkoviçi tezliklə azad edəcəyini yazdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Amerikanın “Wall Street Journal” qəzeti öz əməkdaşı Evan Qerşkoviçin tezliklə azadlığa buraxılacağına ümid etdiyini yazıb.
Qaynarinfo xəbər verir ki, nəşr Rusiya prezidenti Vladimir Putinin jurnalist Taker Karlsona müsahibəsində bu barədə qeydindən sonra açıqlama verib.
Söhbətdə Putin bildirib ki, iki ölkənin xüsusi xidmət orqanları Qerşkoviç məsələsini müzakirə edir. Dövlət başçısı jurnalistin vətəninə qayıdacağını istisna etməyib, lakin bunun üçün “qarşıdan hərəkət” tələb olunduğunu qeyd edib.

Məqalədə deyilir: “Rusiyanın Evanı vətənə gətirəcək razılaşma əldə etmək səyləri bizi ruhlandırır”.
Nəşr Qerşkoviçin ailəsinə və qəzetin xəbərlər şöbəsinə qayıtmasına ümid etdiyini bildirib.