WSJ: Putin və Trampın Ukrayna razılaşmasına Avropa mane olur

WSJ: Putin və Trampın Ukrayna razılaşmasına Avropa mane olur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya və ABŞ Ukrayna münaqişəsinin sülh yolu ilə həlli barədə çoxdan razılığa gələ bilərdi.

Tribuna.az Wall Street Journal-a istinadən xəbər verir ki,  bu prosesə Avropanın müdaxiləsi mane olur. Nəşr anonim fransız rəsmisinə istinad edir.

Rəsmiyə görə, “əgər avropalılar olmasaydı, Vladimir Putin və Donald Tramp artıq Ukrayna ilə bağlı razılaşmaya nail olardı”.

Onun sözlərinə görə, Avropa hazırda “təkliyə qərq olub”, çünki ABŞ regiondan getdikcə uzaqlaşır və Avropanı öz imkanlarına güvənməyə məcbur edir.

Bundan əvvəl Ağ Evin sözçüsü Kerolin Livitt bildirib ki, ABŞ Ukrayna münaqişəsinin həlli ilə bağlı sənədlər üzərində ciddi iş aparıb. Onun sözlərinə görə, danışıqlar prosesi ümumi olaraq müsbət atmosferdə davam edir və yaxşı nəticəyə ümid var.

Avropa Komissiyasının rəhbəri Ursula fon der Layen də Parisdə Ukrayna Prezidenti Vladimir Zelenski ilə keçirilən görüşdən sonra Ukrayna məsələsində irəliləyiş olduğunu qeyd edib.

İmran Kərimli