“WORLD TELECOM” DAN AXIRINCI ALIŞ-VERİŞİM İDİ”- MÜŞTƏRİ ŞİKAYƏTİ

“WORLD TELECOM” DAN AXIRINCI ALIŞ-VERİŞİM İDİ”- MÜŞTƏRİ ŞİKAYƏTİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Şikayətim” World Telecom” mağazalar şəbəkəsindəndir. Onsuz da nəyinsə dəyişməyini gözləmirəm və ya ummuram, amma paylaşmaqdan da yan keçə bilmədim. İstədim bilməyənlər bilsin”. Tribunainfo.az yazır ki, müştəri Ülfət Talıbova şikayətini ictimailəşdirib. Onun sözlərinə görə, aldığımız maaşla əlaqəli gecikmə olanda hər gecikən günə faiz gəlir. “Bu o faizdir ki, müştəriyə məhsulu eninə – uzununa tərifləyib sırıyanda haqqında heç bir məlumat verilmir. World Telekom mənə bunun bütün mağazalarda belə olduğunu bildirir. Lakin…
İndiyə qədər çox elektronik mağazalarından alış-veriş etmişəm. Məsələn, World Telecom’dan alış- veriş etməmişdən qabaq, Baku Electronicsdən də məhsul almışam, ancaq belə cılızlıqla qarşılaşmamışam. 1400 manat civarında olan televizora görə elə olub 1 həftə, elə olub 10 gün maaşa görə gecikməm olub, üstünə isə heç bir faiz əlavə olunmayıb…
Bu gecikmə ərəfəsində isə World Telecom mənə dəfələrlə zəng edib, gecikmə ilə bağlı xəbərdarlıq edib, amma faiz gəldiyini NƏDƏNSƏ də deməyib. Bəs bir halda ki faiz gəlir, niyə məni zəng edib narahat edirsən? Yox, narahat edirsənsə əgər, niyə faiz gəldiyini demirsən? World Telecom’dan axırıncı alış-verişim idi”