“Wikileaks”ın qurucusu Julian Assanj İngiltərədəki həbsxanadan azad edilib və vətəni Avstraliyaya uçur.
Bu barədə X sosial şəbəkəsində “Wikileaks” hesabı məlumat yayıb.
“Julian Assange azaddır”, – bəyanatda deyilir.
Qeyd olunub ki, bir gün əvvəl London məhkəməsi Assanjın ABŞ-a ekstradisiyaya etiraz etmək üçün 1901 gün keçirdiyi Belmarş həbsxanasından girov müqabilində azadlığa buraxılmasına qərar verib.
Nəzərinizə çatdıraq ki, “Wikileaks”, 2006-cı ildə Julian Assanj tərəfindən yaradılmış qeyri-kommersiya təşkilatıdır. Təşkilatın məqsədi məxfi sənədləri və məlumatları ictimaiyyətə çatdırmaqdır. “Wikileaks”, anonim mənbələrdən əldə etdiyi sənədləri onlayn olaraq dərc edərək hökumətlərin və digər təşkilatların gizli fəaliyyəti haqqında məlumatları açıqlayır.