Wikileaks: “ABŞ Qətərin İŞİD-i maliyyələşdirdiyini bilirdi”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Qətər və Səudiyyə Ərəbistanının İŞİD-i maliyyələşdirməsindən xəbərdar olub. 
ABŞ Qətər və Səudiyyə Ərəbistanının İŞİD-i maliyyələşdirməsindən xəbərdar olub.

Modern.az xəbər verir ki, “Wikileaks”in yaydığı yeni məxfi sənədlərdə keçmiş Dövlət katibi Hillari Klintonun öz seçki qərargahının keçmiş rəhbəri Con Podestaya 2014-cü il avqustun 17-də göndərdiyi elektron məktubda ABŞ-ın Yaxın Şərq siyasətindən bəhs olunur. Məktubda İŞİD-ə qarşı kürd peşmərgələrindən və Azad Suriya Ordusunun döyüşçülərindən istifadə olunması təklif olunur: “Bu hərbi və yarımhərbi əməliyyatlarımızın davam etdiyi zamanda, ənənəvi diplomatik və kəşfiyyat metodları ilə regiondakı radikal sünni qruplaşmalara maliyyə yardımı göstərən Qətər və Səudiyyə Ərəbistanına təzyiq göstərmək lazımdır”.

İyunun 5-də Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Misir, Yəmən, Mavriki Respublikası, Maldiv Adaları və Liviya hökuməti Qətəri ekstremizmi və terrorizmi dəstəklədiyi üçün onunla diplomatik əlaqələri kəsmişdi.

Ölkələr arasında aviasiya və dəniz əlaqələri kəsilib.