“WhatsApp” istifadəçilərinə XƏBƏRDARLIQ- Bu hesablar silinəcəkbackend

“WhatsApp” istifadəçilərinə XƏBƏRDARLIQ- Bu hesablar silinəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“WhatsApp” administrasiyası uzun müddət istifadə edilməyən hesabları deaktiv etmək niyyətində olduğunu açıqlayıb.

Tribunainfo.az “WhatsApp”ın rəsmi saytına istinadən xəbər verir ki, istifadəçilərə bu barədə xəbərdarlıq edilib.

Bildirilib ki, tətbiqdə aktiv olduqları təqdirdə bloklamadan qaça bilərlər.

Messencer mütəxəssisləri hesabların total yoxlanılmasına başlayıblar. Sonuncu dəfə 2023-cü ilin sentyabr ayının sonunda və ya daha öncə daxil olmuş hesablar silinmə riski ilə üzləşəcək.

Bununla belə, bloklama dərhal olmayacaq – hesab sahiblərinə aktiv olmaq üçün 120 gün vaxt veriləcək. Bu halda istifadəçi hesaba daxil olmazsa, o, bərpa imkanı olmadan silinəcək. Yaddaşda saxlanılan bütün məlumatlar da yox olacaq.

Buna səbəb, “təmizləmə” messencerin daha səmərəli işləməsi, eləcə də istifadəçi təhlükəsizliyinin artırılmasıdır.