“Whatsapp”dan gələn bu mesajlara diqqət!backend

“Whatsapp”dan gələn bu mesajlara diqqət!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Whatsapp” tətbiqi vasitəsilə tanınmış şirkətlərin adından iş tapmağı, passiv gəlir əldə etməyi vəd edən mesajlar göndərilir və həmin şirkətlərin rəsmi internet informasiya ehtiyatına oxşar saxta veb-səhifələr yaradılaraq vətəndaşlardan fərdi məlumatlarını, əsasən də, bank kartı məlumatlarını daxil etmələri tələb olunur.

Tribunainfo.az xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara belə mesajlara etimad etməməyi və bu kimi mesajların tərkibindəki keçidlərə daxil olmamağı, bank və digər fərdi məlumatlarını daxil etməməyi tövsiyə edir.