“WhatsApp”a hər kəsin gözlədiyi özəllik gələcək – Mesajı səhv yazdıqda…backend

“WhatsApp”a hər kəsin gözlədiyi özəllik gələcək – Mesajı səhv yazdıqda…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Aylar əvvəl “Android”lərdə mesaj redaktə funksiyasını sınaqdan keçirməyə başlayan “WhatsApp” indi də eyni funksiyanı “iPhone”larda sınaqdan keçirir.
Bu funksiyanın “Android” üçün hazırlanan beta versiyasına bənzər şəkildə işlədiyi bildirilir.

Yeni özəlliklə istifadəçilər mesajın üzərindəki “redaktə et” düyməsini sıxmaqla mesajı redaktə edə biləcəklər. Beləliklə, yanlış yazılmış mesajı silib düzgün yazmağa ehtiyac qalmayacaq.

Məlumata görə, istifadəçilər göndərdikləri mesajı 15 dəqiqə ərzində düzəldə biləcəklər. Bu müddətdən sonra düzəltmə funksiyası işləməyəcək.