“WestGold”, “Golden Crown” yağları gətirən firma cərimələndi

“WestGold”, “Golden Crown” yağları gətirən firma cərimələndi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“WestGold”, “Golden Crown”, “Westpro” kimi yağların idxalı və satışı ilə məşğuı olan “Vest Produkt Marketinq” MMC haqqında icraat başladılıb.

Tribunainfo.az xəbər verir ki, MMC İnzibati Xətalar Məcəlləsinin
vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları əleyhinə olan 464-cı maddəsinin tələblərini pozub.

“Vest Produkt Marketinq” MMC məcburi auditdən yayınıb. “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə – vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.

MMC-nin işinə 9 fevral tarixində Bakı Apellyasiya Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə baxılacaq.

İxtiyar Tağı