“Wannacry” virusu dünya miqyasında sürətlə yayılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna və Rusiyanı da əhatə edən kiber hücum Avropaya və ABŞ-a da yayılıb. 

Ukrayna və Rusiyanı da əhatə edən kiber hücum Avropaya və ABŞ-a da yayılıb.

Təcavüzdən əziyyət çəkən ən mühüm mərkəzlərdən biri 1986-ci ildə nüvə fəlakətinin baş verdiyi Ukraynanın Çernobıl atom elektrik stansiyasıdır.

Ukrayna mediasında yer alan xəbərlərdə bildirilir ki, stansiyadakı bir çox kompüter, ötən may ayında 150 ölkəyə təsir göstərən “Wannacry (Ağlamaq İstəyirəm)” proqramla eyni üsulda olan virus proqramı tərəfindən edilən hücumdan zərər çəkib.

Ukraynanın “Pravda” qəzetinə bəyanatlar verən stansiya direktoru Vladimir İlçuk kompyuter mütəxəssislərindən ibarət bir qrupun hücumun təsirlərini aradan qaldırmaq üçün çalışdığını və stansiyada radiasiya sızması riski olmadığını bildirib. İlçuk stansiyada radiasiya səviyyəsinin hazırda əllə ölçüldüyünü də qeyd edib.

Ukrayna hökuməti, ölkənin təyyarə istehsalçısı “Antonov” şirkəti, ölkədəki bəzi banklar və paytaxt Kiyevdəki Borispol Beynəlxalq Hava Limanı da kiber hücumlara məruz qalıb.

Rusiyada isə təcavüzdən əziyyət çəkən ən böyük şirkət ölkənin ən böyük neft şirkəti Rosneft olub.

Hücuma səbəb olan proqramın Avropanın bəzi ölkələrində və ABŞ-da da yayıldığı, bəzi mühüm şirkətlərin kompüterlərini ələ keçirdiyi bildirilib.

Fransanın qatar nəqliyyatı şirkəti olan SNCF, Hollandiyanın yük şirkəti TNT, Danimarkanın nəqliyyat şirkəti Moller-Maersk, İspaniyanın qida şirkəti Mondelez, Böyük Britaniyanın reklam agentliyi WPP, ABŞ-ın dərman şirkəti Merck və hüquq firması DLYA Pirer qlobal hücuma məruz qalan böyük firmalar arasındadır.

Hücumdan bir çox kiçik şirkətin də zərər gördüyü bildirilir. Həmin şirkətlərin ələ keçirilən kompüterlərinin yenidən istifadəsi üçün 300 dollar tələb edilir./faktxəbər