“Walmart” şirkəti Hindistanın “Flipkart” online ticarət şirkətinin 40%-ni almaq üçün görüşlərə başlayıb.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, “Walmart” bu addımı “Amazon”la rəqabətdə uduzmamaq üçün atıb. “Amazon” son dövrlərdə qida məhsullarının çatdırılması üçün Hindistana 5 milyard dollar investisiya yatırıb.
Qeyd edək ki, “Walmart” daha əvvəl “Jet.com” şirkəti üçün 3 milyard dollar ödəmişdi. “Flipkart”ın bazar dəyəri isə 12 milyard dollar göstərilir.