Vyetnamda daşqınlar nəticəsində 54 nəfər həlak olub.
Vyetnamda daşqınlar nəticəsində 54 nəfər həlak olub.
TİA.AZ-ın məlumatına görə, daşqınlardan daha çox Hoabin vilayəti zərər çəkib. Burada fövqəladə vəziyyət elan olunur.
39 nəfərin itkin düşdüyü bildirilir.
Güclü yağış və daşqınlar 200 evin dağılmasına səbəb olub, 30 mindən çox ev su altında qalıb. Thanhoa, Nqean və Hatin kimi mərkəzi vilayətlərdə 5 mindən çox ailə evlərini tərk etməyə məcbur olub.