Jurnalist Vüsalə Səid “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” QSC-də Xəbərlər Departamentinin rəhbəri vəzifəsindən ayrılıb.
Tribunainfo.az xəbər verir ki, o bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.Qeyd edək ki, V.Səid bir müddət əvvəl Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində ictimaiyyətlə əlaqələr üzrə menecer kimi çalışıb.
O, uzun müddət AzTV və İTV-də fəaliyyət göstərib.