Vüsal Quliyev: “Dövlət QHT-lərin inkişafı üçün hər cür şərait yaradıb”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın siyasi sistemində yerini daha da möhkəmləndirən bu addımı demokratik quruluşların ən mühüm atributlarından olan vətəndaş cəmiyyətinin əsaslarının gücləndirilməsinə təkan verdiyini qeyd etdi.
 

Bu sözləri Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin rəsmisi, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədr müavini Vüsal Quliyev Şirvan şəhərində keçirilən “QHT-hökumət münasibətləri: qazanılmış təcrübə və yeni əməkdaşlıq imkanları” adlı regional konfransda bildirib.

V.Quliyev vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinin genişlənməsində, səmərəliliyin artmasında dövlətin maraqlı olduğunu, qeyri-hökumət təşkilatlarının fəaliyyətinə münbit şərait yaradıldığını qeyd edib. Bildirib ki, son on ildə QHT-dövlət əməkdaşlığı daha yüksək səviyyəyə qalxıb. Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası”nın təsdiq olunmasının və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılmasının ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafına mühüm təkan verdiyini vurğulayıb. O, qeyri-hökumət təşkilatlarına dövlət dəstəyini rəsmiləşdirən və onların Azərbaycanın siyasi sistemində yerini daha da möhkəmləndirən bu addımı demokratik quruluşların ən mühüm atributlarından olan vətəndaş cəmiyyətinin əsaslarının gücləndirilməsinə təkan verdiyini qeyd etdi.
Şura sədrinin müavini konsepsiyanın icrası ilə dövlət və vətəndaş cəmiyyəti münasibətlərində yeni mərhələyə start verildiyini vurğuladı. Əlavə etdi ki, ölkə başçısının bu istiqamətdə düzgün siyasəti Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğunu xeyli sürətləndirib, müxtəlif profilli təşkilatların yaranmasına, müvafiq qanunvericilik bazasının təkmilləşdirilməsinə və s. zəmin yaradıb.
O, Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğunun bugünkü dövlət siyasətinin əsas prioritetlərindən biri olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, ölkəmizin iqtisadi uğurlarını, Azərbaycanın dinamik inkişafını vətəndaş cəmiyyəti olmadan, daxili ictimai-siyasi proseslərdə fəal vətəndaşların iştirakı olmadan təsəvvür etmirik.
Cəmiyyət həyatının bütün sahələrində qeyri-hökumət təşkilatlarının mühüm rol oynadığını deyən V.Quliyev, ölkədə həmin qurumların təşəbbüslərini dəstəkləmək üçün maliyyə resurslarının mövcud olduğunu diqqətə çatdırıb. O, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası, Gənclər Fondu, Gənclər və İdman, Mədəniyyət və Turizm, Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri tərəfindən hər il yüzlərlə QHT təşəbbüsünün dəstəkləndiyini vurğulayıb. Qeyd edib ki, dövlət QHT-lərə dəstək verməklə vətəndaş təşəbbüskarlığını daha da artırır. Bu da öz növbəsində imkan verir ki, hər bir ölkə vətəndaşı cəmiyyət həyatının bütün sahələrinə yaxından iştirak etsin, milli maraqların qorunması sahəsində ictimai təsisatların fəaliyyəti təşviq edilsin, onlar sosial əhəmiyyətli problemlərin həllinə cəlb olunsun, dövlət və cəmiyyətin inkişafı üçün əhəmiyyət kəsb edən tədbirlər həyata keçirsinlər.
Yekunda Azərbaycan dövlətinin vətəndaş cəmiyyətinə verdiyi dəstəyin bir model kimi formalaşdığını deyən V.Quliyev, ölkəmizin bu müsbət təcrübəsinin beynəlxalq aləmdə nümunə kimi qəbul edildiyini də diqqətə çatdırdı.

TİA.AZ