Önümüzdəki ay Nazirlər kabinetinin tərkibində Bakı Nəqliyyat Agentliyinin (BNA) yaranmasının bir ili tamam olur.
Önümüzdəki ay Nazirlər kabinetinin tərkibində Bakı Nəqliyyat Agentliyinin (BNA) yaranmasının bir ili tamam olur.
Bu bir il ərzində Bakının nəqliyyat sisteminin tənzimlənməsini və effektliyini artırmaq kimi vacib aspekt üçün bu struktura verilən səlahiyyətlərdən dolayı Vüsal Kərimlinin rəhbəri olduğu bu idarənin fəaliyyətindəki nüanslara diqqət yetirməyə məcbur oluruq.
İnformasiya texnologiyalarının inkişafı dövründə və ölkəmizin turizmin inkişafına bu qədər iddialı olduğu halda Bakı Nəqliyyat Agentliyi düz bir ildir “http://www.bna.gov.az” internet səhifəsini istifadəyə verməyib. Problemlərin həlli məsələsində qətiyyən tələsməmək qərarına gələn qurum ətrafında söz söhbətlər isə səngimiz.
Bu dəfə Vüsal Kərimli və ona verilən səlahiyyətlərin öhdəsindən necə gəlməsindən söhbət açmayacağıq. Bu haqda növbəti araşdırma yazılarımızda geniş bəhs ediləcək. Qəhrəmanımız onun müşaviri Mübariz Abbasovdur.
Medianews.az saytına Mübariz Abbasovla bağlı ilginc məlumat daxil olub. Belə ki, daxil olan məlumatda Bakı Nəqliyyat Agentliyi baş direktorunun müşaviri olan M.Abbasovun diplomunun etibarsız olduğu qeyd edilir. Aşağıdakı fotodan da göründüyü kimi Sankt-Peterburq institunun məzunu olduğu bildirilən M.Abbasovun diplomu xarici diplomların tanınması və ekvivalentliyinin müəyyən edilməsi barədə notifikasiyadan keçə bilmədiyi üçün Azərbaycanda etibarsız hesab olunur.
Ancaq buna baxmayaraq Vüsal Kərimli onu özünə müaşvir təyin edib və paytaxt sakinlərinin nəqliyyat məsələlərini ona həvalə edib.
Ən maraqlı məqamlardan biri də budur ki, etibarsız diplom ilə Mübariz Abbasov necə dövlət qulluqçusu olmasıdır. Xüsusi imtahan qaydası ilə dövlət qulluqçusu statusunu necə əldə edib yaxud həmin proseduradan və imtahandan keçibmi?
Bu və digər sualların cavabını növbəti yazımızda tapmağa çalışacağıq.