Vüsal Hüseynovun klinikası hakim qarşısında

Vüsal Hüseynovun klinikası hakim qarşısında

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dəfərlərlə cərimələnən “VMR Medical Center”la bağlı növbəti dəfə cərimə protokolu imzalanıb.

Tribunainfo.az xəbər verir ki, klinikanın İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsini pozduğu məlum olub. Tələbi pozulan maddəyə əsasən, lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə, fiziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir.

“VMR Medical Center”la bağlı iş Bakı Apellyasiya Məhkəməsindədir. 13 fevral tarixində hakim Faiq Qəniyevin səsdrliyi ilə işə baxılacaq.

Qeyd edək ki, cərimələnməsi gözlənilən “VMR Medical Center” rəhbəri Vüsal Hüseynovdur.
Xatırladaq ki, son günlər klinikanın adı lisenziyasız fəaliyyət, qanunsuz kosmetoloji xidmət, saxta həkim çalışdırmaqda hallanır.

Qarşə tərəfi dinləməyə hazırıq.
Gülşən