Vurun Rusiyanı! Fransızlar və ingilislər açıq savaşa keçdi…

Vurun Rusiyanı! Fransızlar və ingilislər açıq savaşa keçdi…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna müharibəsi Rusiya ərazilərinə sıçrayıb. Kollektiv Qərb savaşın Rusiyaya transformasiya olunmasına nail ola bilirlər. Elə gün yoxdur ki, hansısa Rusiya şəhərinə PUA hücumu olmasın. Tribunainfo.az-ın analitik şöbəsi yazır ki, bu dəfə Fransa və Böyük Britaniya açıq çağırışla diqqəti cəlb ediblər. Əvvəlcə, Fransa lideri Makron elan edib ki, Ukraynaya quru qoşunları göndərə bilər. Ardınca, ingilislərin xarici işlər naziri Kemeron açıq mətnlə bəyan edib ki, Ukrayna Rusiya dərinliklərinə vura bilər. Buna qədər isə NATO baş katibo Stoltenberq Kiyevi eyni haqqı tanımışdı: Vurun, legitimdir!
Beləliklə, iki alyans dövləti – Fransa və Britaniya Kiyev rejimini ürəkləndirir ki, Rusiyanın hərbi obyektlərini bombalamaq sizin mənəvi və hüquqi haqqınızdır. Bu çağırışlar Macarıstanı çox qorxudur. Baş diplomat Siyarto üçüncü dünya müharibəsinin başlanmasından qorxur. Əslində, münaqişə açıq müstəviyə keçir. NATO tərəf olmadığını desə də, Ukraynanın qələbəsi yox, Rusiyanın zəifləməsi üçün müharibəni dəstəkləyir. Yəni döyüşlər rusları əldən salmalıdır və strateji olaraq gücsüzləşməlidir. Amma həm də NATO münaqişədə tərəfə çevrilib və indi üzv ölkələr Rusiyanı vurmağa dəvət edirlər. Bu, Kremlin nəbzini yoxlamaq da ola bilər. Hər halda, müharibə ölüm-dirim mərhələsinə qədəm qoyur.

Roman