Vüqar Sadıqzadə barəsində tərtib olunan protokola baxılacaq tarix açıqlandıbackend

Vüqar Sadıqzadə barəsində tərtib olunan protokola baxılacaq tarix açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Zəyəm Texnologiyalar Parkı” Açıq Səhmdar Cəmiyyətinin (ASC) direktoru Vüqar Sadıqzadə barəsində tərtib olunan protokola baxılacaq tarix açıqlanıb.

Pravda.az-ın xəbərinə görə, sənədə Şəmkir Rayon Məhkəməsinin hakimi Taleh Musayevin sədrliyi ilə sentyabrın 2-də baxılacaq.

Xatırlatma: Protokol Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən İnzibati Xətalar Məcəlləsinin 555.1-ci (İstehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması üçün hadisə baş verən gün işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumatın verilməməsinə görə min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən yazılıb.