VÜQAR İSKƏNDƏROV: “BU AKSİYANI OYUN ADLANDIRMAQ VİCDANSIZLIQDIR”backend

VÜQAR İSKƏNDƏROV: “BU AKSİYANI OYUN ADLANDIRMAQ VİCDANSIZLIQDIR”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şuşa-Xankəndi yolunda gənclərin davam etdirdiyi aksiyanı saxta, oyun adlandıran qüvvələr var. Onlar başa düşmürlər ki, heç bir oyun 45 gün davam edə bilməz. Gənclərimiz orada, bu soyuqda heç bir amal, məqsəd olmadan dayanmazdılar.

Bu fikriləri Tribunainfo.az-a deputat Vüqar İskəndərov Şuşa-Xankəndi yolunda aktivistlərin 45-ci gündür davam etdirdiyi aksiyanı bəzi müxalif qüvvələrin tənqid etməsi, oyun adlandırmasına münasibət bildirərkən deyib.
V.İskəndərov bildirib ki, gənclərin əzmi insanı qürürlandırmaya bilməz:

“45 gündür artıq Azərbaycan eko-aktivistləri, vətəndaş cəmiyyətinin nümayəndələri Laçın-Xankəndi yolundakı aksiyanı davam etdirirlər. Bu hər birimizi qürurlandırır. Ölkə başçısı Cənab İlham Əliyevin də dediyi kimi onlar bizim fəxrimizdir. Çünki bu insanlar, bu gənclər Azərbaycan xalqının sosial sifarişini, içindən gələn suallarını, şüarlarını, hiddətini orada ifadə edir. Onlar şüarlarla Azərbaycanın ərazilərində yataqların istismarının dayandırılmasını tələb edirlər. Onlar Volkovun gəlib Azərbaycan ictimaiyyəti qarşısında hesabat verməsini, münasibətini tələb edirlər. Onlar həmin ərazilərdən, Laçın yolundan Xankəndi və digər ərazilərə silah daşınılmasının qarşısının alınmasını tələb edirlər və bir növ biz məqsədlərimizə, hədəflərimizə çatmışıq. Gənclərin bu fədakarlığını oyun adlandırmaq vicdansızlıqdır. Bədxahlar nələrsə söyləyə bilərlər, nələrsə deyilə bilər, bu onların gerçək üzüdür. Ancaq həqiqət göz önündədir”.

Deputat əlavə edib ki, 45 gündür ermənilər təşviş içərisindədir:
“Biz bunları etməyi bacarmışıqsa, eşq olsun həmin insanlara. Bu tələblər yerinə yetirilənə qədər bu aksiya davam etməlidir. Onlar və bütün dünya Azərbaycan xalqının, insanının nə qədər güclü olduğunu bir daha görməlidir”.

Tribunainfo.az