“Azərbaycan Dəmir Yolları” QSC daha bir şirkət tərəfindən məhkəməyə verilib.
Tribunainfo.az xəbər verir ki, dəmir yolları ilə bağlı iddianı reklam xidmətləri göstərən “Fatiyev Company” qaldırıb. İşin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələrdir. Digər səbəblər isə açıqlanmır.
Bakı Kommersiya Məhkəməsində baxılan işlə bağlı növbəti proses 20 dekabr tarixində həyata keçiriləcək. İş hakim Kənan Hüseynovun icraatındadır.
Qeyd edək ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmovdur. “Fatiyev Company” şirkətinin rəhbəri isə Vüqar Fətiyevdir.
Tərəfləri dinləməyə hazırıq.
Nigar