Vüqar Əhmədov Şəkidə vətəndaşları qəbul etdi

Vüqar Əhmədov Şəkidə vətəndaşları qəbul etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bu gün “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Şəki və Qax rayonlarından olan vətəndaşlarla görüşüb.
Tribunainfo.az-ın quruma istinadən verdiyi məlumata görə, Şəki Elektrik Şəbəkəsinin inzibati binasında baş tutan vətəndaş qəbulu zamanı qurumun fəaliyyət istiqamətlərinə uyğun olan müvafiq müraciətlər cavablandırılıb.
Həmçinin, qaldırılan bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb, həlli araşdırma tələb edən məsələlərlə bağlı yazılı müraciət qeydə alınıb və aidiyyəti şöbələrin icraatına göndərilib.
Qeyd edək ki, “Azərişıq” ASC-nin həyata keçirdiyi bütün tədbirlər abonentlərin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunmasına, həmçinin, elektrik enerjisi itkilərinin minimuma endirilməsinə hədəflənib.