Ermənistanda fəaliyyət göstərən QHT rəhbəri Vova Vardanov 1990-cı ildə Qazaxın Xeyrimli kəndində baş verən hadisələr və hazırkı durumla bağlı danışıb. Tribunainfo.az xəbər verir ki, VOMA adlı terror təşkilatının rəhbəri bildirib ki, 1990-cı illərin əvvəlində o və adamları Xeyrimli kəndində bir erməninin öldürülməsi ilə bağlı addımlar atıblar.
Vardanov deyib ki, həmin vaxt silahlı dəstəsi öldürülən erməninin əvəzini çıxıblar. “Biz kəndi götürdük, azərbaycanlılar isə qaçdılar. Həmin vaxt Sovet hökuməti faktı gizlətməyə çalışırdı. Amma biz buna imkan vermədik”.
VOMA-nın rəhbəri onu da bildirib ki, artıq 90-cı illərin əvvəllərinə qayıdıblar. “Hadisələr eyniylə davam edir. Lakin indi 90-cı illərin əvvəli deyil. Bizim o gücümüz yoxdur ki, Azərbaycanın qarşısında duruş gətirək. Türk bu gün çox güclüdür”.