Məlum olduğu kimi, Belarusiyanın prezidenti Aleksandr Lukaşenko bir neçə gün əvvəl Ermənistanı aşağılayacaq açıqlama verib. O bildirib ki, Ermənistan onlardan başqa heç kimə lazəm deyil.
Tribunainfo.az xəbər verir ki, erməni ictimaiyyəti bu məsələdən qəzəblənsə də, ənənəvi olaraq hədəf kimi Belarusiyanı deyil, yenə Azərbaycanı götürüb. Elə bu səbəbdəndir ki, Lukaşenko bir kənarda qalıb, Azərbaycana “hücuma keçmək” barədə nağıllar danışmağa başlayıblar.
Onlardan biri də şərqşünas Vartan Voskanyandır. O deyib ki, əgər Lukaşenkonun Ermənistanı önəmli saymasını və hörmət etməsini istəyirlərsə, bəzi addımlar atmalıdırlar. Həmin “addımlar”dan biri hazırda Bakıda həbsdə olan erməni terrorçuların azad edilməsinə nail olmaqdır. “Lakin bu prosesin bir hissəsidir. Əisas məsələ Qarabağa qayıtmaq, Şuşanı azad etmək və həmin torpaqlara yerləşməkdir”.
P.S. Bu bədbəxtlər hələ də anlamırlar ki, Qarabağ məsələsi tamamilə bağlanıb. Onların hücum etmək xəyalları isə heç bir işə yaramayacaq. Çünki Azərbaycan Ordusu erməniləri heç sərhəddə qədər gəlməyə belə imkan verməyəcək.