Vladimir Putinin istifadə etdiyi avtomobilin adı açıqlandıbackend

Vladimir Putinin istifadə etdiyi avtomobilin adı açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Rusiya prezidenti Vladimir Putin iş səfərlərində xaricdə istehsal olunan avtomobillərdən istifadə etmir.
Tribunainfo.az  xəbər verir ki, bu barədə “RİA Novosti” Rusiya Federasiyası Federal Mühafizə Xidmətinin Xüsusi Təyinatlı Qarajının mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Denis Simonova istinadən məlumat yayıb.
“Qarajın böyük hissəsi yerli istehsal olan avtomobillərdən ibarətdir. Xarici avtomobillər var, amma dövlət başçısı onlardan istifadə etmir və onlar müəyyən yürüş məsafəsinə çatdıqdan sonra qarajı tərk edəcəklər”, deyə agentliyin həmsöhbəti bildirib.
Qeyd olunur ki, Vladimir Putin 6 ildir səyahət üçün Rusiya istehsalı olan “Aurus” limuzindən istifadə edir. “Aurus Senat Limousine” prezident avtomobili 2018-ci ildə Putin dördüncü inauqurasiya mərasiminə gələndə Rusiya ictimaiyyətinə nümayiş etdirilib. 2023-cü ilin sentyabrında Putin “Vostochnıy” kosmodromunu ziyarət edən Şimali Koreya lideri Kim Çen Ina “Aurus”unu göstərib.
2021-ci ilin may ayında Yelabuqadakı “Ford Sollers” zavodunda “Aurus” lüks avtomobillərinin seriyalı istehsalına başlanacağı bildirilib. Açılış mərasimində Vladimir Putin də videobağlantı vasitəsilə iştirak edib. O bildirib ki, özü belə avtomobil idarə edir və bir neçə dəfə sükan arxasında olub.
2025-ci ildə “Aurus Senat”ın genişləndirilmiş versiyasının kütləvi istehsalı başlaya bilər. Salonda arakəsmə quraşdırılacaq, arxada isə iki ayrı oturacaq olacaq.