Rusiya prezidenti Vladimir Putin qarşıdan gələn prezident seçkilərində iştirakdan imtina edərsə, başqa bir namizəd ölkənin yeni başçısı ola bilər.
Tribunainfo.az-ın məlumatına görə, Amerikanın “Associated Press” agentliyi Putini əvəz edəcək adları açıqlayıb.
O, Moskva meri Sergey Sobyan, Rusiyanın baş naziri Mixail Mişustini, Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, Rusiyanın keçmiş prezidenti, Rusiya Federasiya Şurasının katibinin müavini Dmitri Medvedyev və Tula qubernatoru Aleksey Dyumini qeyd edib.