Rusiya prezidenti Vladimir Putin son 15 gün ərzində 9-cu qubernatoru istefaya göndərib.
Rusiya prezidenti Vladimir Putin son 15 gün ərzində 9-cu qubernatoru istefaya göndərib.
TİA.AZ TASS-a istinadla xəbər verir ki, dövlət başçısı oktyabrın 9-da Omsk vilayətinin qubernatoru Viktor Nazarovun istefa ərizəsini qəbul edib.
Kreml onun öz ərizəsi ilə könüllü şəkildə istefa verdiyi barədə məlumat yayıb.
Qeyd edək ki, sentyabrın 25-dən indiydək Dağıstan Respublikası, Samara, Novosibirsk, Orlov, Smolensk vilayətləri, Primorsk və Krasnoyarsk diyarlarının başçıları istefaya göndəriliblər.