Xəbər verildiyi kimi, Rusiya prezidenti Vladimir Putin ölkədə həyata keçirilən pensiya islahatı ilə əlaqədar telemüraciətlə çıxış edib.
Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, burada o, əhali arasında olduqca qeyri-populyar olan bu layihənin vacibliyini izah emtəyə çalışıb və bunun üçün müxtəlif arqumentlər gətirib.
Prezident Putin burada Rusiyanın demoqrafik vəziyyətinə də toxunub.
RusIya prezidentinin sözlərinə görə, pensiya yaşının artırılması məsələsi bu günün problemi deyil. Bu barədə hələ sovet dönəmindən bu yana danışılıb, lakin heç bir tədbir görülməyib.
Putin Rusiyanın indiki hazırkı demoqrafik vəziyyətinin 2-ci dünya müharibəsindən sonrakı durumla müqayisə olunduğunu söyləyib və ölkə əhalisinin qocalığına, həmçinin gəncləşmə prosesinin ləngiməsinə işarə vurub.
“Bu cür hallar böyük vətən müharibəsi zamanındakı ağır demoqrafik itkilər nəticəsində baş verib. Biz birbaşa itkiləri deyil, müharibə illərində doğulmayan milyonlarla insanı da nəzərdə tuturuq”.
“2000-ci illərdə isə eyni məsələ bir daha qaldırılıb. Ölkədə hər 25-27 ildən bir, böyük yaşa çatan insanların sayında azalma baş verir”, – prezident deyib.
Prezident həmçinin 90-cı illərin demoqrafik uğursuzluğun ağır, hərbi zamanlardakı vəziyyətə bərabər olduğunu deyib.