Rusiya prezidenti Vladimir Putin hasilatın azaldılması ilə bağlı OPEK-in razılaşmasının 2018-ci ilin sonunadək qüvvədə olacağını istisna etməyib.
Rusiya prezidenti Vladimir Putin hasilatın azaldılması ilə bağlı OPEK-in razılaşmasının 2018-ci ilin sonunadək qüvvədə olacağını istisna etməyib.
TİA.AZ xəbər verir ki, dövlət başçısı razılaşmanın müddətinin 2018-ci ilin mart ayında bitdiyini irəli sürüb: “Vəziyyətə görə qərar verəcəyik. Yəni neft bazarındakı vəziyyətə uyğun hərəkət etmək lazımdır. Tərəflər arasında razılaşma əldə olunarsa, Rusiya anlaşmanı 2018-ci ilin sonuna qədər uzatmağa hazırdır”.
Bu arada, V.Putin Türkiyənin Kürdüstan bölgəsindən Ceyhan limanına gələn neft-boru kəmərini bağlayacağı halda, neftin bahalaşacağını da irəli sürüb.